Rusiyalı çempionu başından güllələdilər

14.01.2025

News24 saytına istinadən Icma.az xəbər verir.

Ağır atletika üzrə Rusiya çempionu Vladimir Feşşenkonun meyiti Moskvanın mərkəzində tapılıb.

News24.az Musavat.com ArbatMedia-ya istinadla xəbər verir ki, ilkin məlumatlara görə, idmançı güllə yarasından ölüb.

İdmançının meyidi yanvarın 13-nə keçən gecə paytaxtın Olxovskaya küçəsindəki binada tapılıb. Mütəxəssislər mərhumun başında güllə yarası aşkarlayıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və araşdırmalara başlayıblar. Hazırda faciənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Hadisənin səbəbləri və motivləri hələlik məlum deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью