Rusiyalı deputat Depardyeni hədələdi

04.04.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Fransız aktyor Jerar Depardyeni Rusiyada gözləmirlər".

Oxu.Az osnmedia.ru-ya istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov deyib.

"O, ölkədən qaçmış bütün artistlər kimi satqın və ikiüzlüdür. Mən bu müqəvvanın bizə gəlməməsi üçün nəzarət edəcəyəm, əgər gələrsə, həbsə atacağıq" , - deyə parlamentari vurğulayıb.

V.Milonov xatırladıb ki, Ukraynada hərbi əməliyyatlar başlayanda aktyor Rusiya sərhədlərinə belə yaxınlaşmayıb və bu məsələ ilə bağlı öz mövqeyini söyləməyib.

Qeyd edək ki, J.Depardyenin Fransadakı məhkəmə səbəbindən Rusiyaya köçəcəyinə dair xəbərlər yayılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью