Rusiyalı deputatdan SSRİ ilə bağlı şok proqnoz: 2025ci ildə...

06.01.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

“SSRİ-nin dirçəlişi qaçılmazdır və bu, 2025-ci ildə baş verə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman deyib.

Vasserman hesab edir ki, istənilən kontinental imperiya gec-tez bərpa olunacaq.

“SSRİ-nin dirçəlişi bu ilin əvvəlində baş verə bilər. Çünki kontinental imperiyalar dağılandan sonra gec-tez bərpa olunur. Rusiya dəfələrlə dağılan, sonra daha da geniş miqyasda bərpa olunan belə bir imperiyanın klassik nümunəsidir. Odur ki, SSRİ-nin dirçəlişi 2025-ci ildə mümkündür, baxmayaraq ki, dəqiq vaxt bəlli deyil”, – Vasserman vurğulayıb.

Xatırladaq ki, ötən ilin martında Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev SSRİ-ni əvvəlki formada dirçəltməyin mümkün olmadığını bildirib. Bununla belə, LPDR-nin keçmiş lideri Vladimir Jirinovski 2025-ci ildə keçmiş Sovet İttifaqının sərhədləri daxilində  (Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan) Rusiyanın birləşməsinin baş verəcəyini açıqlayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью