Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın Estoniyadakı müvəqqəti işlər üzrə vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.
Axar.az xəbər verir ki, bu barədə nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.
"Bu gün, sentyabrın 8-də Estoniya Xarici İşlər Nazirliyi Rusiya Federasiyası səfirliyinin müvəqqəti işlər vəkilini etirazını bildirmək və sentyabrın 7-də Estoniyanın hava məkanının pozulması ilə bağlı rəsmi nota təqdim etmək üçün çağırıb", - nazirlikdən qeyd edilib.
Estoniya XİN-in məlumatına görə, Rusiya helikopteri ölkənin hava məkanına daxil olub və orada dörd dəqiqə qalıb.