Rusiyalı diplomatlara məhdudiyyət qoyuldu Qalmaqallı nota

03.02.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Çexiya Respublikası Rusiya diplomatik nümayəndəliklərinin akkreditə olunmamış əməkdaşlarının hərəkətinə məhdudiyyətlər tətbiq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Praqadakı səfirliyindən “İzvestiya”ya bildirilib. 

Məlumata görə, Çexiya Xarici İşlər Nazirliyi 23 yanvar tarixində Rusiya səfirliyinə Avropa ittifaqının Moskvaya tətbiq etdiyi sanskiyalar səbəbilə ölkə daxilində hərəkət üçün yeni prosesin izah olunduğu nota təqdim edib. Nota Çexiyadakı Rusiya diplomatik nümayəndəliklərinin akkreditə olunmamış əməkdaşlarına ünvanlanıb. 

Eyni vəziyyət yanvarın 29-da Yunanıstanda yerləşən Rusiya səfirliyinin əməkdaşları üçün də tətbiq edilib.

Əliyar Xəlil
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью