Rusiyalı fenomeni sel apardı KONKRET

16.12.2025

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyalı sosial media fenomeni Bali adasında güclü daşqınlar zamanı ölüb.

KONKRET.az Azxeber.com-a xəbər verir ki, otuz yaşlı Kseniya İndoneziyanın Şimali Kuta rayonundakı körpünün altında huşsuz vəziyyətdə tapılıb.

Polisin məlumatına görə, qadın motosiklet sürərkən su basmış ərazini keçməyə çalışıb, lakin sel onu yıxıb və boruya sürükləyib. Kseniyanın cəsədi bir neçə saat sonra, daşqın suları azaldıqdan sonra tapılıb.

Ailəsi bir neçə ildir qış aylarını İndoneziyada keçirən və daşqın səbəbilə vəfat edən Kseniyanın nəşini Rusiyaya gətirmək üçün çalışır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью