Rusiyalı futbolçu 3 ü şərti olmaqla 4 illik cəza alıb

03.07.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın "Soçi" klubunun futbolçusu Vladimir Pisarski 4 il müddətinə futboldan uzaqlaşdırılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının Etika Komitəsi qərar çıxarıb.

Hücumçunun diskvalifikasiyasının üç ili şərti olacaq. Beləliklə, forvard 2026-cı ilin yayınadək ölkənin heç bir peşəkar komandasında çıxış edə bilməyəcək.

Vladimir Pisarski komandasının oyunlarına mərc etməkdə ittiham olunub.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью