Rusiyalı futbolçu Avropa nəhənglərinin transfer siyahısında

03.11.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Lokomotiv"in futbolçusu Aleksey Batrakov karyerasını Fransada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, PSJ rusiyalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Parislilər Batrakov qısa transfer siyahısına daxil edib. Fransa nəhəngi 20 yaşlı oyunçu üçün gələn il onun klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Gənc futbolçunu performansını "Barselona", "Yuventus" və "İnter" də diqqətdə saxlayır.

Qeyd edək ki, Aleksey Batrakov "Lokomotiv"in yetirməsidir. Rusiya millisinin üzvü bu mövsüm Moskva təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью