Rusiyalı futbolçu “Kayserispor”dan FIFA ya şikayət edəcək

19.06.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyalı futbolçu Denis Makarov Türkiyənin “Kayserispor” klubu ilə müqaviləsini birtərəfli qaydada ləğv edib.

İdman.Biz bildirir ki, bu barədə onun vəkili Anton Smirnov bildirib.

Mənbənin sözlərinə görə, klub üç aydır ki, oyunçunun maaşını ödəməyib və bu da rusiyalıya üzrlü səbəbdən müqaviləni ləğv etməyə imkan verib.

“Kluba qarşı şikayət FIFA Futbol Tribunalının Mübahisələrin Həlli Palatasına göndəriləcək. Bu şikayətdə futbolçu borclarını ödəməklə yanaşı, kluba qarşı cərimə və növbəti iki transfer dövrü üçün yeni oyunçuların qeydiyyatına qadağa şəklində idman sanksiyaları tələb edir”, Smirnov özünün Telegram kanalında yazıb.

Makarov daha əvvəl kluba şikayət ərizəsi ilə müraciət etmiş və kluba borclarını ödəmək üçün 15 günlük müddət qoymuşdu. Vəkilin sözlərinə görə, “Kayserispor” şikayəti qulaqardına vurub və maliyyə öhdəliklərini yerinə yetirməyib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью