Rusiyalı futbolçu Qalatasaraylıların arasından güclə sağ qurtulub

05.01.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Karyerasını ÇSKA-da davam etdirən Tamerlan Musayev Rusiyanın ''Matç TV'' kanalına açıqlamasında Türkiyədə başına gələnlərdən danışıb.

''Football-plus.az'' xəbər verir ki, bu mövsüm Rusiya çempionatında 7 qol vuran 23 yaşlı dağıstanlı forvard artıq Rusiya yığmasına da dəvət olunur. Musayev bunları deyib:

''Tətildə 3 günlüyə Türkiyəyə getmək qərarına gəldim. İlk dəfə vətənimdən kənarda stadiona gedərək oyun izlədim. ''Fənərbaxça'' və ''Qalatasaray''ın ev oyunlarına getdim. O ana qədər o cür çılğın atmosferli stadion görməmişdim. İnsan adətən tətildə ən çox xoşuna gələn şeyləri etməyə çalışır. Mənim üçün də ən yaxşı tətil ora gedib o atmosferi hiss etmək idi. Metroyla ''Qalatasaray''ın oyununa getdim. Yaxşı ki, həyatda qalmağı bacardım. Az qala məni öldürəcəklərdi. Canımı güc-bəlayla qurtardım. Dəlicəsinə bir atmosfer var idi. Oyundan təxminən 2 saat öncə metroda idim. 4 qatar stadiona doğru hərəkət etdi. Bilet tapa bildiyim üçün şanslı idim. İki biletə 7 min lirə, yəni təxminən 21 min rubl verdim. Bacım da tətildə mənimlə idi. Amma onun uşağı olandan sonra artıq stadionlara birlikdə getmirik''.


ƏLİ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью