Rusiyalı generalın qətlində şübhəli bilinən iki nəfər saxlanılıb

18.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Dekabrın 17-də baş verən Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillov və köməkçisinin ölümü ilə nəticələnən hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə “Ria Novosti” məlumat yayıb.

Ötən gün saxlanılan həmin şəxslərin hadisənin sifarişçilərinin adlarını da açıqlayıb.
Hadisə ilə bağlı əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью