Rusiyalı hakerlər Krım Tatar Resurs Mərkəzindən məlumat əldə ediblər KONKRET

29.10.2025

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“KillNet” qrupunun rusiyalı hakerləri Rusiyada arzuolunmaz təşkilat kimi tanınan Krım Tatar Resurs Mərkəzinin məlumatlarına çıxış əldə ediblər.

KONKRET.az xəbər verir ki, hakerlər həmçinin Krım Tatar Resurs Mərkəzinin rəhbəri, fəaliyyəti qadağan edilmiş Krım Tatar Xalqı Məclisinin (Rusiyada qadağan olunmuş ekstremist təşkilat) üzvü İskəndər Bariyevin həyat yoldaşının şəxsi hesabına daxil olublar.

Xatırladaq ki, “KillNet” hakerləri Ukrayna Silahlı Qüvvələri (Ukrayna) üçün dron satıcılarının məlumat bazasını sındırıblar. Qrup Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyinin yüksək vəzifəli əməkdaşını sındırmaqla giriş əldə edib.

Dəniz Pənahova 

KONKRET.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью