Rusiyalı hərbi əsir 5 Ukrayna əsgərini GÜLLƏLƏDİ

14.10.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Ukraynanın Xarkov vilayətində iki rusiyalı hərbi əsir Ukrayna Silahlı Qüvvələrinin beş hərbçisini güllələyərək öldürüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Hadisə oktyabrın 13-ü Kutuzovka kəndində (Xarkovdan 20 km aralıda) baş verib.
 

Rusiyalı əsgərlər Ukrayna Silahlı Qüvvələrinin briqadasına aid hərbçilərin yerləşdiyi evə daxil olaraq onları yaxın məsafədən avtomatik silahdan güllələyiblər.“Kharkıv today” nəşrinin məlumatına görə, qatillərdən biri hadisə yerində vurularaq öldürülüb, digəri isə qaçıb.


Xarkov vilayətinin polisi hadisəni ictimaiyyətdən gizli saxlayıb, atışma barədə ilk məlumatı Kiyev polisi yayıb.
Məlumata görə, atəş açan şəxslər mülki geyimdə olublar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin şəxsiyyətini müəyyən edirlər. Ukrayna polisi əlavə məlumat açıqlamayıb.
Bizim.Media  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью