Rusiyalı hokkeyçi Amerika klubunun tarixində rekorda imza atıb

31.12.2024

Report.az saytına istinadən Icma.az xəbər verir.

Amerika Milli Hokkey Liqası NHL təmsilçisi "Nyu-York Reyncers"in rusiyalı üzvü Artyomi Panarin klubun tarixində rekorda imza atıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, 500 xal həddini ən tez fəth edən oyunçu olub.

Bu, "Florida Panters"ə qarşı (3:5) matçda reallaşıb. Qarşılaşmada məhsuldar ötürmə ilə fərqlənən Panarin 500 xal həddinə digər oyunçulardan daha tez - 384 matç ərzində çatıb.

Rusiyalı hücumçu, həmçinin klub tarixində bu göstəriciyə çatan 14-cü oyunçu olub.

Qeyd edək ki, hikkeyçi NHL-in cari mövsümündə 34 matçda 16 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью