Rusiyalı hücumçu yeni rekorda imza atdı

06.04.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

"Vaşınqton Kepitals" hokkey komandasının rusiyalı hücumçusu Aleksandr Oveçkin "Nyu York Aylenders"ə qarşı oyunda NHL karyerasında 895-ci qolunu vurub.

Axar.az xəbər verir ki, beləliklə, rusiyalı hokkeyçi Ueyn Qretzkiyə (894) məxsus olan liqanın müntəzəm çempionatlarında qol sayına görə tarixi rekordu yeniləyib.

A.Oveçkin 2005-ci ildən NHL-də oynayır və onun liqadakı bütün karyerası "Vaşinqton"da keçib. Bu komandanın tərkibində 39 yaşlı rusiyalı oyunçu 2018-ci ildə Stenli Kubokunu qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью