Rusiyalı hüquq müdafiəçisi həbsxanada ölüb...

17.12.2024

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

...Kopeisk koloniyalarından birində (Çelyabinsk vilayəti) hüquqşünas və ekoloji fəal Vladimir Kazantsev dünyasını dəyişib.

SİA xəbər verir ki, bu barədə “Kommersant” yazır.

Qeyd edilir ki, Kazantsev 52 yaşında idi, onun həyat yoldaşı və iki uşağı qalır.

“Komsomolskaya Pravda” xəbər verir ki, Çelyabinsk vilayəti üzrə Federal Penitensiar Xidmətin mətbuat xidməti bildirib ki, ölüm faktı ilə bağlı araşdırma aparılır.

Məhkumun özünü pis hiss etdiyi bildirilir. (...həmişə olduğu kimi..?)

Tibb işçisi reanimasiya tədbirləri görsə də, hüquq müdafiəçisini xilas etmək mümkün olmayıb.

Bundan əvvəl Sverdlovsk vilayətində məhkəmə bir nəfəri cəzaçəkmə müəssisəsindən qaçdığına görə ciddi rejimli koloniyada bir il 7 ay müddətinə azadlıqdan məhrum edib.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью