Rusiyalı idmançı beynəlxalq yarışlarda Azərbaycanı təmsil EDƏCƏK

02.07.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın fiqurlu konkisürmə üzrə millisinə daha bir gənc idmançı cəlb olunub.
Bu barədə Bizim.Media-ya Azərbaycan Qış İdman Növləri Federasiyasından məlumat verilib.
 

Qurumun Beynəlxalq Fiqurlu Konkisürmə Birliyinə (İSU) yeniyetmə fiqurlu konkisürən Veronika Jilina ilə bağlı ünvanladığı müraciət müsbət dəyərləndirilib və idmançının Azərbaycanı təmsil etməsinə rəsmi icazə verilib.


18 yaşlı rusiyalı idmançı 2026/27 mövsümündən etibarən beynəlxalq yarışlarda Azərbaycan adına mübarizə aparacaq.
Qeyd edək ki, hazırda konkisürmə üzrə fərdi mübarizədə beynəlxalq yarışlarda ölkəmizi Səbinə Əliyeva, Leyli Axundova, Nərgiz Süleymanova və Arina Kaluqina təmsil edirlər.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью