Rusiyalı idmançı Dağıstanda güllələnərək öldürüldü

14.11.2026

Icma.az, Bakupost saytına istinadən bildirir.


Rusiyalı sambo və cüdoçu, Rusiya çempionatının mükafatçısı Vatsilov Davudov Dağıstanın Mahaçqala şəhərində güllələnərək öldürülüb.

"Bakupost" xəbər verir ki, 31 yaşlı idmançı “Mərakeş” banket zalında keçirilən tədbirdə iştirak edərkən hücuma məruz qalıb.

Dağıstan İstintaq Komitəsinin məlumatına görə, hərəkətdə olan qara rəngli avtomobildən idmançıya atəş açılıb. Güllə Davudovun başına dəyib.

Yaralı idmançı xəstəxanaya aparılsa da, yolda həyatını itirib.

Hadisəni törədən şəxslərin axtarışı ilə əlaqədar şəhərdə “Tutma” planı elan edilib. Hücum edənlərin axtarışı davam edir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью