Rusiyalı idmançı Veronika Jilina Azərbaycan yığmasını təmsil edəcək

25.03.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Rusiya fiqurlu konkisürən Veronika Jilina növbəti mövsümdən Azərbaycan yığmasının şərəfini qoruyacaq.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, 17 yaşlı Jilina məşhur idmançı Yevgeni Plyuşenkonun tələbəsidir.

Keçən mövsüm Jilina zədə səbəbi ilə yarışlarda iştirak edə bilməyib. O, 2023-cü il Rusiya çempionatının gümüş mükafatçısı və 2023-cü il gənclər arasında Qran-pri finalının qalibidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью