Rusiyalı idmançılar Azərbaycanda keçiriləcək tədbirə qatılacaqlar | Icma.az
Azvision saytına istinadən Icma.az xəbər verir. AzVision.az xəbər verir ki, Rusiyanın İdman naziri Mixail Deqtyaryov Şərq İqtisadi Forumu (E
“Ölkələrarası qarşılıqlı əlaqədə beynəlxalq formatlar inkişaf edir.
Nümayəndə heyətimiz MDB Oyunlarının keçiriləcəyi Azərbaycanın Bakı şəhərinə yola düşməyə hazırlaşır.
Azərbaycanın İdman naziri Fərid Qayıbov məni şəxsən dəvət edib, lakin səfərimlə bağlı qərarı ayrıca verəcəyəm”, - rusiyalı nazir bildirib.
Xatırladaq ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanda keçiriləcək.
Oyunların açılış və bağlanış mərasimləri Gəncə şəhərində baş tutacaq. Rusiya komandasının siyahısına 260-dan çox idmançı daxildir.
23 idman növündə idmançıların öz güclərini sınayacağı III MDB Oyunları Azərbaycanın yeddi şəhərini əhatə edəcək.
Sahil İsgəndərov AzVision.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu