Rusiyalı ikiqat dünya çempionu vəfat etdi

12.11.2024

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Müasir beşnövçülük (pentatlon) üzrə ikiqat dünya çempionu Eduard Sdobnikov vəfat edib.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müasir Pentatlon Federasiyası məlumat yayıb.

Keçmiş idmançının 87 yaşında öldüyü bildirilib.

SSRİ-nin Əməkdar idman ustası 1962-ci ildə Meksikada fərdi və komanda yarışlarında qızıl medal qazanıb. O, həm də ikiqat SSRİ çempionudur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью