Rusiyalı iş qadını 75 mərtəbəli göydələn alıb

30.12.2024

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyalı iş qadını Tatyana Kim “Moskva-Siti”də 75 mərtəbəli göydələn alıb.
Modern.az xəbər verir ki, bu barədə eg.ru məlumat yayıb.

Söhbət 2030-cu ilə qədər Baqrationovski körpüsünün yaxınlığında tikiləcək binadan gedir. 75 mərtəbəli göydələn (həmçinin 6 yeraltı mərtəbə) 17 000 işçi üçün nəzərdə tutulub.

Biznes mərkəzində "Wildberries" və "Russ" birləşmiş şirkətlərinin baş ofisi yerləşəcək.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью