Rusiyalı menecer: “Berdıyev bu xəbərlərə əhəmiyyət vermədi”

28.11.2024

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Turan Tovuz”un qapıçısı İvan Konovalovun agenti Stanislav Stanislavski Rusiya mətbuatına müsahibə verib.

Futbolpress.az xəbər verir ki, “Matç TV”yə danışan agent bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin ayrılıq iddialarına toxunub:

“Berdıyev dərhal məsələnin doğru olmadığını bildirdi. Buna əhəmiyyət vermədi və işləməyə davam etdi. Klub da bu söz-söhbətlərə reaksiya vermədi”.

Stanislav müştərisi İvanın Rusiya yığmasına dəvət almamasına münasibət bildirdi:

“Konovalov karyerasının ən yaxşı mərhələsindədir. Azərbaycanda müsbət çıxışı ilə yadda qalır. Komandası ilk “üçlük”dədir və çempionluq uğrunda mübarizə aparır. Rusiyada çoxlu zədəli qapıçılar və Konovalovun bu duruma nə üçün yığmaya çağırılmadığını başa düşə bilmədim”.

İvan Konovalov bu mövsüm “Turan Tovuz”la 13 oyuna çıxıb. O, bu görüşlərin 7-də qapısını toxunulmaz saxlayıb.

Əsas xəbərlər, Ölkə futbolu Berdıyev “əvəzedicilər”in oyununu izlədi

25 Noyabr 2024, 17:45

Əsas xəbərlər, Ölkə futbolu Berdıyev “Turan Tovuz”dan ayrılıb?

25 Noyabr 2024, 11:41

Əsas xəbərlər, Ölkə futbolu Kurban Bedıyev: “Uğursuz məqamda qol buraxdıq”

24 Noyabr 2024, 20:08

Əsas xəbərlər, Premyer liqa Berdıyev: “2 xal itirdik”

9 Noyabr 2024, 19:25

Əsas xəbərlər, Premyer liqa Berdıyev “Qarabağ”la oyundan razı qalıb

1 Noyabr 2024, 20:59

Əsas xəbərlər, Premyer liqa “Daha müdrik oynamağa başlamışıq” – Berdıyev

20 Oktyabr 2024, 22:15

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью