Rusiyalı milyarder Moskvada saxlanıldı

30.07.2026

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

Rusiyalı milyarder, “Efko” yağ-piy sənayesi şirkətlər qrupunun direktorlar şurasının sədri və əsas səhmdarı Valeri Kustov xüsusilə külli miqdarda dələduzluq şübhəsi ilə Moskvada saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, onunla birlikdə “Efko”nun baş direktoru Yevgeni Lyaşenko da saxlanılıb.

Qeyd edək ki, “Efko” Rusiyanın ən böyük ərzaq istehsalçılarından biri hesab olunur. Şirkət bitki yağları, mayonez, bitki mənşəli ət məhsulları, qida inqrediyentləri, yumurta məhsulları və heyvan yemlərinin istehsalı ilə məşğuldur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью