Rusiyalı MMA döyüşçüsü küçədə güllələndi Anbaan video

16.07.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Dağıstanın Mahaçqala şəhərində iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntüləri “Mash” teleqram kanalı yayıb.

Hücum anı həyət kameralarına düşüb. Kadrlarda iki naməlum şəxsin arxadan idmançıya tərəf qaçaraq atəş açması əks olunub.

Hücum edənlər daha sonra ağ rəngli “Priora”da qaçıblar.

İlkin məlumata görə, T. Xizriyev çiyin, bilək və döş qəfəsində beşə yaxın yara alıb.

İdmançının vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.

Hadisə anını təqdim edirik:



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью