Rusiyalı müğənniyə ölümcül xəstəlik diaqnozu qoyuldu

26.11.2024

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Məşhur rusiyalı müğənni Aleksandr Buynova 4-cü dərəcəli prostat xərçəngi diaqnozu qoyulub.

“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, müğənninin vəziyyəti noyabr ayında pisləşdiyindən Moskvada xəstəxanaya yerləşdirilib.

Həkimlər onun xəstəliyinin son və sağalmaz mərhələdə olduğunu təsdiqləyiblər.

Qeyd edək ki, sənətçidə xəstəlik ilk dəfə 2000-ci illərdə aşkar edilib. Həkimlər onun üzərində dəfələrlə əməliyyat keçirib, metastazları aradan qaldırıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью