futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində “Sabah” bu gün “Barselona”nı qəbul edəcək.
Futbolpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, vaxtilə İspaniyada top qovmuş Rusiya millisinin sabiq futbolçusu Aleksandr Mostvoy bu oyunla bağlı fikirlərini bölüşüb:
“Barselona” oyuna diqtə etməli, xeyli qol vəziyyətləri yaratmalı və istədiyi nəticəni əldə etməlidir. Hətta deyərdim ki, Kataloniya klubu quru hesablı qələbə də qazana bilər. Proqnoz verməli olsam, “Barselona”nın 2:0, və ya 3:0 qalib gələcəyini düşünürəm”.
“Sabah” – “Barselona” oyununa saat 21:45-də start veriləcək.