Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qazaxıstanın Almatı şəhərinin hava limanında rusiyalı hüquq müdafiəçisi və fəal Yuliya Yemelyanova saxlanılıb.
O, hazırda həbsxanadadır və Rusiya onu oğurluq ittihamı ilə ekstradisiya etdirməyə çalışır.
Lakin vəkili və yaxınları bunun əslində siyasi təqib olduğunu bildirirlər.Məlumata görə, Yemelyanova əvvəllər Rusiyada “ekstremist” elan olunmuş Navalnı qərargahının fəallarından olub.
Sonradan ölkəni tərk edərək “Emigration for Action” və “Just Help” layihələrində fəaliyyət göstərib, həmçinin rusiyalı siyasi məhbuslara dəstək verib.O, Qazaxıstanda yaşamırdı, sadəcə 31 avqust tarixində Gürcüstandan Vyetnama gedərkən Almatıda tranzit dayanacağı etmişdi.
Lakin hava limanında baqajla bağlı yenidən qeydiyyatdan keçməli olduğundan sərhəd nəzarətinə düşüb və həmin vaxt saxlanılıb.
Bu barədə fəal özü “Dojd” telekanalına məlumat verib. Vəkili Murat Adamın sözlərinə görə, Yemelyanova Qazaxıstanda hər hansı bir problem yaş
Yemelyanova isə ittihamı rədd edir. Hüquq müdafiəçiləri bu işin saxtalaşdırıldığına dair əlamətlərin olduğunu bildirirlər.