Rusiyalı Olimpiya çempionu iki medaldan məhrum olunub

12.06.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Rusiyalı güləşçi Bilyal Maxov (130 kq) 5 il diskvalifikasiya edilib.

İdman.biz xəbər verir ki, Olimpiya çempionu iki medaldan məhrum olunub.

Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) Maxovu 2015-ci ilin yanvarından 2025-ci ilin yayına kimi diskvalifikasiyaya məruz qoyub. Onun bu müddət ərzində dünya çempionatlarında (2014 və 2015) qazandığı iki medal ləğv olunub.

Qeyd edək ki, 37 yaşlı güləşçi London-2012 Olimpiadasının qızıl medalçısıdır. Maxov üç dəfə dünya, bir dəfə Avropa çempionatının qalibi olub.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью