Rusiyalı olimpiya mükafatçısı dünyasını dəyişib AZƏRTAC

16.01.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 yanvar, AZƏRTAC

Üzgüçülük üzrə rusiyalı olimpiya mükafatçısı Dmitri Volkov dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Su İdmanı Federasiyasının (FVVSR) mətbuat xidməti məlumat yayıb.

O, 58 yaşında vəfat edib. Mərhum idmançı ötən ilin mart ayından səhhətində yaşadığı ciddi problemlərə görə müalicə alırmış.

Qeyd edək ki, Dmitri Volkov 1988-ci ildə Cənubi Koreyanın paytaxtı Seulda keçirilən olimpiadada iki bürünc və 1992-ci ildə İspaniyanın Barselona şəhərində təşkil edilən olimpiadada isə gümüş medal qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью