Rusiyalı pianoçu Mixail Lidski Bakıda Bramsın şedevr əsərlərini ifa edib AZƏRTAC | Icma.az
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 7 dekabr, Mikayıl Məmmədov, AZƏRTAC Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində bədii rəhbər və baş dirijor, respublikanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin konserti olub.
Gecənin solisti məşhur pianoçu Mixail Lidski (Rusiya) olub.AZƏRTAC xəbər verir ki, gecədə Yohans Bramsın Fortepiano və orkestr üçün 2 №-li konserti si-bemol major (Op.83) və 3 №-li simfoniyası fa major (Op.90) səsləndirilib.Virtuoz pianoçu, Moskva Konservatoriyasının professoru Mixail Lidski ilkin musiqi təhsilini Moskva Dövlət Konservatoriyasında alıb, burada dünyaşöhrətli professor Lev Naumovdan sənətin sirlərini öyrənib.
Lidski həm klassik musiqi ifaçılığı sahəsində, həm də pedaqoji sahədə böyük təcrübəyə malikdir, gənc pianoçuların hazırlanmasına mühüm töhfə verir.“Bu mənim Bakıya ilk səfərim deyil.
Mən burada ilk dəfə 43 il əvvəl, hələ məktəbdə oxuyanda, 5-6-cı sinifdə olarkən çıxış etmişəm.
Bu müddət şəhər üçün nisbətən qısadır, lakin çox şey dəyişib. Bakı getdikcə gözəlləşir. Buraya gəlmək həmişə xoşdur.
Burada mənim çoxdankı əlaqələrim, tanışlarım var”, - deyə pianoçu AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib.
Fuad İbrahimov da öz növbəsində gecənin proqramı haqqında ətraflı danışıb: “2 №-li konsert həm pianoçudan, həm də orkestr musiqiçilərindən böyük zəhmət tələb edir.
Tam oxu
Xəbəri oxu