Rusiyalı qadın içində keçmiş sevgilisi olan avtomobilə od vurdu

31.03.2025

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyanın Novosibirsk şəhərinin sakini mübahisədən sonra keçmiş sevgilisinin "Mercedes"ini yandırıb. Kişi həmin vaxt avtomobilin içində olub.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Novosibirsk vilayəti üzrə Baş İdarəsinin rəsmi "Telegram" kanalında məlumat yayılıb.

Bildirilir ki, 37 yaşlı qadın keçmiş sevgilisinin avtomobilinin üzərinə yanacaq töküb və od vurub. Kişi avtomobili tərk etməyə macal tapıb və yanğınsöndürənlə alovu söndürüb.

Cinayət-axtarış şöbəsinin əməkdaşları qadını hadisə yerində saxlayıblar. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin "əmlakın qəsdən məhv edilməsi" maddəsi ilə cinayət işi açılıb.

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью