Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Rusiyalı reper Oksimiron (əsl adı Miron Fyodorov) yetkinlik yaşına çatmayanlara qarşı seksual xarakterli zorakılıqda ittiham olunub.
Axşam.az xəbər verir ki, bu barədə 3 qız "Дочь разбойника" podkastında danışıb.
Onların sözlərinə görə, hadisələr 2008-2013-cü illərdə, 13-15 yaşlarında baş verib. Qızlar iddia edirlər ki, reper onlarla yazışıb, konsertlərə dəvət edib, sonra isə cinsi əlaqəyə məcbur edib. Qızlardan biri bildirib ki, Oksimiron 16 yaşında olarkən konsertdə paltardəyişmə otağında ona təcavüz edib. İddiaçılar reperlə yazışmalarını da təqdim ediblər.
Oksimiron məsələ ilə bağlı sorğuya cavab vermək istəməyib.
Qeyd edək ki, reper ötən il axtarışa verilmişdi.