Rusiyalı reper Mavaşi başından aldığı güllə yarasından öldü

25.10.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyalı ictimai xadim və keçmiş hip-hop ifaçısı Mişa Mavaşi (əsl adı Mixail Nits) 41 yaşında vəfat edib.

Oxu.Az bu barədə "Baza" Telegram kanalına istinadən xəbər verir ki,

Hadisə onun evində baş verib. Reper silahı təmizləyərkən ehtiyatsızlıqdan başından ağır güllə yarası alıb.

Güllə Mavaşinin başının sol üst hissəsinə dəyib. Təcili xəstəxanaya çatdırılan ifaçı reanimasiya şöbəsinə yerləşdirilərək süni tənəffüs aparatına qoşulub.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq, musiqiçinin həyatını xilas etmək mümkün olmayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью