Rusiyalı sabiq deputat İrəvandan qovuldu SƏBƏB

29.06.2025

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

“Rusiyalı keçmiş deputat, Əfqanıstan Veteranlar İttifaqının rəhbəri Frans Klintseviçin İrəvana səfəri baş tutmayıb. Zvartnots hava limanına gələndə sərhəd nəzarət məntəqəsində sənədləri yoxlanılıb və ona ölkəyə girişin qadağan olduğu bildirilib”.

News24.az globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə özü məlumat yayıb.

“Sərhədçilər mənə girişimin qadağan olunduğunu bildirdilər”, – Klintseviç hadisədən sonra açıqlama verib.

O bildirib ki, Ermənistana səfərinin məqsədi “Əfqanıstan veteranlarına ucaldılacaq abidə üçün mənə kömək edən insanlarla görüşmək” olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью