Rusiyalı solistlər Beynəlxalq Muğam Mərkəzinin səhnəsində

30.11.2024

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Beynəlxalq Muğam Mərkəzində Rusiya Dövlət Akademik Böyük Teatrının solistlərinin konserti olub.

Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov, tanınmış mədəniyyət xadimləri, musiqisevərlər konserti izləyiblər.

"Vsyo o lyubvi...." adlı musiqi axşamında Rusiya və beynəlxalq müsabiqələr laureatları Olqa Seliverstova (soprano), Aleksandr Kasyanov (bariton) və Mariya Oselkova (fortepiano müşayiəti) iştirak ediblər. Konsertdə tamaşaçılara dünya və rus bəstəkarlarının məşhur əsərləri təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью