Rusiyalı solistlər Beynəlxalq Muğam Mərkəzinin səhnəsində

30.11.2024

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq Muğam Mərkəzində Rusiya Dövlət Akademik Böyük Teatrının solistlərinin konserti olub. SİA xəbər verir ki, konsertdə Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov, tanınmış mədəniyyət xadimləri, musiqisevərlər iştirak ediblər.

"Vsyo o lyubvi...." adlı musiqi axşamında Rusiya və beynəlxalq müsabiqələr laureatları Olqa Seliverstova (soprano), Aleksandr Kasyanov (bariton) və Mariya Oselkova (fortepiano müşayiəti) iştirak ediblər. Konsertdə tamaşaçılara dünya və rus bəstəkarlarının məşhur əsərləri təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью