Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cari il "Krasnodar"ın heyətində Rusiya çempionluğunu qeyd edən Fyodor Smolov Moskvada yerləşən restoranların birində digər masada əyləşən müştərilərə hücum edib.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, görüntülər restoranın müşahidə kamerları tərəfindən anbaan qeydə alınıb.
Videoda 35 yaşlı futbolçunun iki şəxsə yumruqla zərbə endirdiyi əks olunub.
Hələlik insidentin hansı səbəbdən baş verdiyi bildirilmir.