Rusiyalı tennisçi anasını tribunadan göndərib AZƏRTAC

13.01.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 13 yanvar, AZƏRTAC

Rusiyalı tennisçi Diana Şnayder Avstraliya Açıq çempionatındakı hərəkəti ilə gündəmə gəlib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, idmançı italiyalı rəqibi Elizabet Koççaretto ilə qarşılaşma zamanı tamaşaçılar tərəfdə əyləşən anasını tribunadan göndərib.

“Anam üçün yarışı izləmək çətin idi. Gərgin olduğunun hiss etdim. Bu, məni daha da qəzəbləndirdi. Ona görə də anamı tribunadan kənarlaşdırdım. Ailə üzvləri üçün belə qarşılaşmaları izləmək çox stresslidir. Dəstəyi üçün minnətdaram” ,– tennisçi bildirib.

Qeyd edək ki, görüş Diana Şnayderin 6:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью