Rusiyalı turisti öldürməkdə şübhəli bilinənlər həbs ediliblər

07.01.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Gürcüstanda həyat yoldaşı ilə birlikdə tətildə olan rusiyalı iş adamının qətlində şübhəli bilinən iki nəfər həbs edilib.

Bakıvaxtı.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"1986 və 1992-ci il təvəllüdlü iki şəxs Viktor Solovyovu qarət edib, ona atəş açıb və cinayətin izlərini gizlətmək üçün cəsədini Nakra çayına atıblar. Şübhəlilər həbs edilib", - nazirlikdən bildirilib.

Onlar 16 il və daha çox, eləcə də ömürlük həbs cəzası ala bilərlər. Bu şəxslərə Gürcüstan Cinayət Məcəlləsinin soyğunçuluq, qətl, odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və gəzdirilməsi maddələri ilə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью