Rusiyalı xüsusi səfir Ermənistana Ukraynanı nümunə göstərdi

02.04.2025

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik aprelin 2-də İrəvanda jurnalistlərlə söhbətində Ermənistanın KTMT ilə paralel  Avropa İttifaqı təsisatlarında iştirakının mümkün olmayacağını deyib 

Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, Miroşnik Ermənistanın Avropaya müeyillənməsindən danışarkən Ukraynanın düşdüyü vəziyyəti missal çəkib.  Onun sözlərinə görə, Rusiya hər zaman dövlətlərin, o cümlədən Ermənistanın daxili işlərinə qarışmaq niyyətində olmadığını vurğulayıb. 

"Ukrayna çoxdan öz Konstitusiyasına Avropa İttifaqı və NATO-ya daxil olmaq istəyini daxil edib. Ukrayna bu prosesdə nə qədər irəliləyib? Ona görə də düşünürəm ki, siyasətçilər bəzi analogiyalardan yalnız Ermənistan xalqının maraqlarına uyğun nəticə çıxarmalıdırlar", - Miroşnik vurğulayıb.

Elcan

Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью