Rusiyalılara xəbərdarlıq: “Uzunmüddətli müharibəyə hazırlaşın”

07.08.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Rusiya uzunmüddətli hərbi əməliyyatlara hazır olmalıdır, çünki Avropa yaxın gələcəkdə Ukrayna münaqişəsinin həllinə imkan verməyəcək”. 

“Cebheinfo.az” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bunu TASS-a verdiyi müsahibədə belə deyib:

"Biz qərblilərin münaqişənin uzanmasına pul qoyduğunu çox yaxşı başa düşürük. Onlar sülh yolu ilə həllin istənilən vasitəsindən tamamilə imtina etməyə pul qoyublar. Bütün dialoq cəhdləri avropalıların razılığa gəlmək ehtimalını əngəlləmək üçün barışmaz istəyi ilə qarşılanır”.

O qeyd edib ki, bu tendensiyanın yaxın gələcəkdə tərsinə çevrilməsi ehtimalı azdır: 

“Avropa Ukraynanı maliyyələşdirməyə davam edəcək. Biz kifayət qədər uzunmüddətli hərbi əməliyyatlara hazır olmalıyıq, lakin yaxşı düşünülmüş strategiya ilə", - deyə diplomat bildirib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью