Rusiyanı arxadan vurduq, bədəli ağır olacaq Manukyan | Icma.az
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın bu gün Avropa İtitfaqına üzvlük istiqamətində yürütdüyü siyasət Rusiyaya arxadan zərbədir və bunun bədəli ağır olacaq.
Ölkə.Az xəbər verir ki, bunu Erməni Milli Konqresinin sədr müavini Aram Manukyan deyib.
Onun fikrincə, çətin vəziyyətdə olan bir tərəfdaşı arxadan bıçaqlamaq pis qəbul edilir.
Aİ-yə üzvlük məsləsinə gəldikdə isə Manukyan deyib ki, orada bizim yolumuzu gözləmirlər: "Aİ nəinki səni qəbul edə bilmir, hətta bunu istəmir.
Çünki bu gün Aİ elə bir vəziyyətdədir ki, artıq genişlənmə proqramı olmadığı üçün bu gün qapılarını bağlayırlar.
Onlar artıq Yunanıstan, Kipr və digər Avropa ölkələrinin problemlərinin öhdəsindən gələ bilmirlər, problemlərini həll edə bilmirlər.
Onlar açıq şəkildə deyirlər ki, bu gün Aİ-yə gedən yollar bağlıdır", o vurğulayıb.
Tam oxu
Xəbəri oxu