Rusiyanı çiplə təmin edəcək şirkət iflasa uğradı

07.12.2024

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Rusiyada çip istehsalı ilə məşğul olan “Anqstrem” şirkətində iflas proseduru başladılıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “The Moscow Times” yayıb.

İflas prosedurunun “Zenit Bank”ın müraciəti əsasında başladıldığı bildirilib.

Qeyd edək ki, “Anqstrem” Rusiyada yerli mikroçip istehsalını həyata keçirməli idi. Şirkəti Rusiya Prezidenti Vladimir Putinin yaxın adamlarından olan keçmiş rabitə naziri Leonid Reyman idarə edirdi. Şirkət 2008-ci ildə 800 milyon avro borc götürsə də, sonradan onu qaytarmayıb. Hətta 2019-cu ildə  bəzi avadanlıqları borc qarşılığında müsadirə edilib.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью