Rusiyanı COP29da kim təmsil edəcək? Putin açıqladı

07.11.2024

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


BMT-nin Bakıda keçiriləcək iqlim konfransında (COP29) Rusiyanı Baş nazir Mixail Mişustin təmsil edəcək.
Yeniavaz.com
xəbər verir ki, bunu ölkə Prezidenti Vladimir Putin “Valday” plenar iclasında müvafiq sualı cavablandırarkən deyib.
Putin qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev onu bu tədbirə dəvət edib:
“Dəvət edib. Lakin mən çox yaxında orada idim. Biz razılaşdıq ki, Rusiya yüksək səviyyədə təmsil olunacaq. Rusiya hökumətinin sədri Mixail Vladimiroviç Mişustin bu tədbirdə iştirak edəcək”.
Xatırladaq ki, Putin avqustun 18-19-da Azərbaycanda dövlət səfərində olub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью