Icma.az bildirir, Axar.az portalına istinadən.
Rusiyanı hərbi yolla və ya sanksiyalarla məğlub etmək ideyalarının illüziya olduğu ortaya çıxdı.
Axar.az xəbər verir ki, bunu Vahid Neytral Gürcüstan Hərəkatının üzvü Nana Kakabadze deyib.
“Praktika Ukraynanın NATO-nun köməyi ilə Rusiyanı məğlub edə biləcəyi illüziyasını keçmişə göndərdi. Bu gün Rusiya Qərbin ona qarşı çoxlu sanksiyalar tətbiq etməsinə baxmayaraq, Ukraynadakı münaqişənin həlli üçün ABŞ-la danışıqları qalib mövqedən aparır. Rusiyanın strateji məğlubiyyətini proqnozlaşdıranlar indi onunla danışıqların tərəfdarıdırlar”, - Kakabadze bildirib.