Rusiyanı qaranlığa qərq edərik Zelenski hədələdi

09.10.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Rusiyanın hərbi zərbələri nəticəsində Ukraynanın şəhərləri elektriksiz qalsa, Rusiya şəhərlərində işıqlar kəsiləcək və  ölkə qaranlığa qərq olacaq.

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski yerli mətbuata açıqlamasında deyib. 

"Onlara dedik ki, bizi işıqsız qoymaq istəyirlərsə, biz də bunu edəcəyik. Burada heç bir sirr yoxdur. Düşmən bu müharibənin bahasını hiss etməlidir", - Zelenski bildirib.

Onun sözlərinə görə, Ukraynanın silahları Belqorod və Kursk vilayətlərinə çatır. Zelenski bəyan edir ki, Belqorod elektriksiz qalsa, “tamamilə ədalətli” olardı. 

Gülayə Mecid  


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью