Rusiyanı qorxuya salan plan: Merzin məqsədi bəlli oldu

26.08.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Almaniya kansleri Fridrix Merz qitədə və bütün dünyada ölkəsinin lider olmasına can atır”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın “Nyu York Tayms” (NYT) qəzeti yazıb.

“Son həftələrdə intensivləşən müzakirələr müharibə başa çatdıqdan sonra Avropanın təkbaşına Ukraynaya sözdə təhlükəsizlik təminatlarının hansı hissəsini verə biləcəyini müəyyən etməyə kömək edəcək . Bu, Almaniyanın qitədə və dünyada liderliyini bərpa etməyə çalışan kansler üçün vacibdir”, – nəşr bildirib.

NYT qeyd edib ki, Almaniya ordusu rekord xərclərlə yenidən qurulur.

Məlumata görə, sözügedən proses Rusiyada narahatlıqla qarşılanıb.

Əliyar Xəlil
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью