Rusiyanın 109 kəndi işıqsız, susuz qalıb

24.11.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Rusiyanın Smolensk vilayətində yağan qar səbəbindən 109 kənd işıqsız, istiliksiz və susuz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Smolenskin Novoduginsk kəndinin sakinlərinin sözlərinə görə, buna səbəb yerli hakimiyyət orqanlarının hazırlıqsızlığı olub:

“Məmurlar qar yağandan sonra aşmağa və elektrik naqillərini qırmağa başlayan köhnə ağacları vaxtında kəsməyə diqqət yetirməyiblər”.

Bildirilib ki, vilayətin 100-dən çox kəndi bir neçə sutkadır bu vəziyyətdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью