Rusiyanın 2025ci il büdcə kəsiri 10 milyard dolları keçəcək

01.12.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın federal büdcə kəsiri 2025-ci ildə 1,173 trilyon rubl (təxminən 11 milyard ABŞ dolları), 2026-cı ildə 2,181 trilyon rubl, 2027-ci ildə isə 2,761 trilyon rubl təşkil edəcək.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanmış 2025-ci il və 2026-2027-ci illər planı dövrü üçün federal büdcə haqqında qanunda qeyd olunub.

Sənədə görə, federal büdcənin gəlirləri 2025-ci ildə 40,296 trilyon rubl (təxminən 680 milyard manat), 2026-cı ildə 41,84 trilyon rubl və 2027-ci ildə 43,154 trilyon rubl proqnozlaşdırılır. Xərclər 2025-ci ildə 41,469 trilyon rubl, 2026-cı ildə 44,022 trilyon rubl, 2027-ci ildə isə 45,915 trilyon rubl səviyyəsində gözlənilir.

Beləliklə, federal büdcə kəsiri 2025-ci ildə 1,173 trilyon rubl, 2026-cı ildə 2,181 trilyon rubl, 2027-ci ildə isə 2,761 trilyon rubl təşkil edəcək.

İnflyasiya səviyyəsinin 2025-ci ildə 4,5 %, 2026 və 2027-ci illərdə isə 4 % olacağı proqnozlaşdırılır.

Dövlət daxili borcunun yuxarı həddi 1 yanvar 2026-cı il tarixinə 29,385 trilyon rubl, 2027-ci il üçün 34,046 trilyon rubl, 2028-ci il üçün 39,004 trilyon rubl təşkil edəcək. Dövlət xarici borcunun yuxarı həddi 1 yanvar 2026-cı il tarixinə 61,1 milyard dollar (55,5 milyard avro), 1 yanvar 2027-ci il tarixinə 59,2 milyard dollar (53,4 milyard avro), 1 yanvar 2028-ci il tarixinə 56,5 milyard dollar (50,9 milyard avro) olacaq.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью